“Kəpəz”in aparıcı futbolçularından biri olan Dario Frederiko bir müddətdir ki, zədəlidir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın 8-ci turunda AZAL-a qarşı səfər oyununda sıradan çıxan futbolçu hazırda müalicə olunur. Müalicəsi ilə paralel olaraq həkimlərin razılıq qərar verəcəyi təqdirdə o, bu həftədən məşqlərə başlaya biləcək.
Brazliyalı oyunçu zədəsi, müalicə prosesi, azarkeşlər və digər mövzularla bağlı fikirlərini bildirib. Frederiko əvvəlcə özünü necə hiss etməsindən danışıb:
“İndi hər şey yaxşıdır, özümü normal hiss edirəm. Müalicə prosesi uğurla davam etdirilir. Ağrılar, çətinliklər artıq arxada qalıb. Təəssüfləndiyim məqam, komandama kömək edə bilməməyimdir. Amma tezliklə bərpa olunub, heyətə dönməyə çalışacağam”.
Frederiko ötən mövsüm də məhz AZAL-la oyunda zədələnmişdi. Həmin vaxt futbolçunun zədəsi olduqca ciddi olduğundan əməliyyata ehtiyac duyulmuş, son nəticədə orta xətt oyunçusu çempionatı erkən başa vurmalı olmuşdu.
Dario bu təsadüf haqda belə danışıb:
“Oyunun son dəqiqəsi idi, top mənə düşəndə anidən sürət yığmağa başladım. Lakin sona kimi qaça bilmədim, ayağımda şiddətli ağrılar yarandı. Öncə daha ciddi zədələndiyimi fikirləşdim, tibb personalının ilkin baxışı zamanı 2-3 həftəlik bir şey olduğu deyildi. Səhəri müayinədən keçdim, həkimlər yanılmamışdı. Yenidən eyni komanda ilə matçda zədələnməyimi sadəcə, bəxtsizliklə bağlayardım. Bu, bir qismətdir və zədə futbolun bir hissəsidir. Əminəm ki, bundan sonra daha güclü olacağam”.
Federiko ona görə narahat olan azarkeşləri sakit olmağa çağırıb:
"Narahat olmasınlar. Tezliklə yenidən meydanlara dönüb, qollar və qələbələrlə onları sevindirməyə səy göstərəcəyəm”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video