"Barselona"ya qalib gəlmək istəyirsənsə..." Qvardiola

"Barselona"ya qalib gəlmək istəyirsənsə..." Qvardiola
XƏBƏR 1 Noyabr 2016 / 11:34 4914
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə qarşılaşcaqları oyun haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis sabiq komandasına qarşı ideal oyun göstərmək lazım olduğunu deyib:

“Barselona” ilə oyunda qalib gəlmək istəyirsənsə, ideal futbol sərgiləməlisən. Bunu etməyə çalışacağıq. Əgər alınmasa, rəqibi yaxşı oyuna görə təbrik edəcəm və növbəti qarşılaşmaya hazırlaşacağıq”.

Qeyd edək ki, bu gün keçirilən “Mançester Siti” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner