Muaremdən 30-cu qol

Muaremdən 30-cu qol
XƏBƏR 31 Oktyabr 2016 / 17:35 3030
-  A +

Topaz Premyer Liqanın AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem “Qarabağ”ın heyətində 30-cu qolunu vurub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, yubiley qolunu 159-cu matçında vurub.

Makedoniyalı yarımmüdafiəçi çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də “Bakı” ilə çempionatdakı ev oyununda (2:4) vuran futbolçu komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb.

Daha bir qolu neytral meydanda vuran Muarem 3 dubl müəllifidir. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.

Son xəbərlər
topaz banner