Frank de Bur bu gün qovula bilər

Frank de Bur bu gün qovula bilər
XƏBƏR 31 Oktyabr 2016 / 15:19 3865
-  A +

Bu gün İtaliyanın “İnter” klubunda iclas keçiriləcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, iclasda əsas müzakirə baş məşqçi dəyişikliyi ilə bağlı olacaq.

Böyük ehtimalla baş məşqçi Frank de Burun müqaviləsinə xitam veriləcək.

Onu Loran Blanın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Frank de Bur bu ilin avqust ayından Milan klubunu çalışdırır. Onun gəlişindən sonra “İnter” uğursuz çıxış edir.

Son xəbərlər
topaz banner