"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İstanbulda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, görüşün maraqlı olduğunu bildirib.
- Birinci hissədə “Qarabağ”ın oyunu çox yaxşı alındı. Rəqb öz oyununu göstərməyi bacardı. “Qarabağ”a çox qol imkanı yaratmaq imkanı verməsək də, istədiyimiz oyunu göstərmədik, pis təsir bağışladıq. Fasilədən sonra daha yaxşı oynadıq. Buraxdığımız qol bizi ayıltdı. 80 dəqiqə ərzində etməli olduğumuzu son 10 dəqiqədə etdik. Ümumən qələbəyə layiq idik.
- Daha öncə gördüyünüz “Qarabağ”la indikini necə müqayisə edərdiniz?
- İki mövsüm əvvəl “Arsenal”la onlara qaşrı oynamışdıq. “Qarabağ”ın çox şən, cəlbedici oyunu var. İzləyəndə insana xoş gəlir. Müqayisə etdikdə həmin vaxtla oxşarlıq var.
- Hesabda geri düşdükdən sonra 2-3 qol vuracağınıza inamınız var idi?
- Əsas odur ki, qol buraxdıqdan sonra sakitliyi qoruya bildik. İnamımız var idi.
- La Liqada belə penaltilər verilirmi?
- Bu, oyunun nəticəsini müəyyənləşdirmədi. Onsuz da hesabda öndə idik. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olar. Mənə elə gəlir ki, rəqib futbolçunun əli yuxarıda idi.
- "Qarabağ"ın qrupdan çıxmaq şansının olduğunu düşünürsünüz?
- Bizim üçün bu gün qələbə qazanmaq vacib idi. Hələ qarşıda oyunlar var. Bu gün hər iki komandaya qələbə lazım idi. "Qarabağ"ın qrupdan çıxmaq imkanı var.
- "Qarabağ" və "Sivasspor"la oynamısınız. Hansı komanda sizə daha çox çətinlik yaratdı?
- Hər iki komanda bizə çətinlik yaratdı. Türkiyə liqası yüksək səviyyəlidir. Ona görə "Sivasspor" keçən il yaxşı mövsüm keçirib. Bu gün "Makkabi"yə məğlub oldular. "Qarabağ"a gəldikdə, çox təcrübəli komandadır. Yaxşı yerli futbolçuları və legionerləri var. Baxmayaraq ki, hər iki oyunda məğlub olublar, düşünürəm ki, qarşıdakı oyunlarda xallar qazana biləcəklər.
"El-Klassiko" üçün heyətlər bəlli oldu
"Zirə"yə qələbə gətirən qol - Video
"Köklü bir komandaya qarşı oynadıq" - Azər Bağırov
"Zirə" "Kəpəz"ə qalib gəldi
Olimpiya çempionumuzdan gümüş medal - Avropa çempionatı
Premyer Liqa klublarının hədəfindədir
Alonso gələcəyi ilə bağlı qərardan danışdı
"Kəpəz" - "Zirə" matçı üçün - Heyətlər
De Brüyne Fabreqasın komandasına keçəcək?
"Milan"ın direktoru: "Konseysaodan razıyıq"
Mbappe "Barselona" ilə oyunu buraxacaq
"Çelsi" ona ikiqat maaş təklif etdi
Laporta "El-Klassiko" öncəsi azarkeşlərə müraciət etdi
Azərbaycan millisinin üzvü karyerasını başa vurdu
Rekord təkrarlandı: İkiqat çempionluq
“Zirə”nin 4-cü mükafatı
Hidayət Avropanın ən yaxşı cüdoçusu seçildi
Flik "Real"la final oyunundan danışdı
Tribunada əfsanəvi futbolçunun heykəli qoyuldu - Şəkillər
Məşhur futbolçu MMA-da!
O sektora Kurban Berdıyevin adı veriləcək!
Conatan Ta “Barselona”ya keçir?
PSJ belə büdrədi - Video
Droqba Messiyə bunu məsləhət gördü
5 qoldan 3-nü İmmobile vurdu - Video
“Karvan” “Cəbrayıl”ı belə məğlub etdi - Video
“Trabzonspor”un finaldakı rəqibi müəyyənləşdi
“İmişli” Zaqataladan 3 xalla qayıtdı - Video
“Traktor”dan çempionluq yolunda vacib qələbə
“Beşiktaş”dan darmadağın
"Qəbələ"nin son dəqiqə qolu - Video
Tovuzda Martins vurdu, Konate cavab verdi - Video
"Məncə, 2 xal itirən biz olduq" - Ayxan Abbasov
Yunis Hüseynov özlərini günahlandırır
Bu da “Qəbələ”nin çempionluq sevinci - Video
"Turan Tovuz" "Şamaxı" ilə bərabərə qaldı
Türkiyə kubokunda final matçının məkanı dəyişdirildi
Cüdoçularımızdan 4-cü medal - Avropa çempionatı
"Trabzonspor" UEFA Gənclər Liqasının finalına yüksəldi
Prezidentdən Milli mətbuatın 150 illiyi ilə bağlı Sərəncam