"Hazırda elə vəziyyətdir ki, müqavilə ilə bağlı klubla heç bir söhbət etməmişik. Sadəcə, istəyirik ki, çempionat başlasın. Görək, bu mövsüm nə edə bilirik. Növbəti mövsüm barədə isə danışıq olmayıb".
Bu fikirləri "Qəbələ"nin futbolçusu Asif Məmmədov deyib. 34 yaşlı yarımmüdafiəçi müqavilələri başa çatan oyunçuların çempionat bərpa olunacağı təqdirdə necə çıxış edəcəklərinə münasibət bildirib.
Məmmədov çempionat oyunlarında hər matça görə bonus aldıqlarını söyləyib: "Bu saat mənim üçün pul o dərəcədə önəmli deyil. Vacibi odur ki, Premyer Liqa bərpa olunsun, məşqə çıxaq. Evdə oturub pul qazanmamağımla oynayıb pul qazanmamağım arasında heç bir fərq yoxdur. Oturmusan evdə pul qazanmırsan, amma oynayanda istər-istəməz bonus almaq imkanın var. Yəqin ki, müqavilə başa çatandan sonra rəhbərlik maaş da verməsə, elə bonus təyin edər ki, o, maaşı əvəzləyə bilər. Bonus alırsan, futbol oynayırsan, idmansız qalmırsan, belə şeylər var. Kimsə zədələnib, başqa kluba gedə bilməyəcəksə, bu, başqa məsələdir. Əsas odur ki, futbolsuz qalmırsan".
Təcrübəli oyunçu 2 aydan çoxdur ki, evdə olduqlarını, heç nə etmədiklərini, buna baxmayaraq, klubdan maaş aldıqlarını deyib: "Bunu da deməliyik. Biz oynamadıq, amma maaş aldıq. Yayda oynayaraq onun əvəzini çıxa bilərik. Uzun müddətdir ki, bu klubdayam, "Qəbələ" mənim üçün çox şey edib. 3 ay pul verməsələr belə, heç bir problem yoxdur" (Report).
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq