Almeydanın komandası Ukraynadan xalla dönür

Almeydanın komandası Ukraynadan xalla dönür
XƏBƏR 20 Sentyabr 2018 / 22:49 3421
-  A +

Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” Avropa Liqasının qrup mərhələsində ilk turun oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, Kiyev “Dinamo”su ilə səfər matçında Almeyda start heyətdə meydana çıxıb. Braziliyalı yarımmüdafiəçi oyunun 80-ci dəqiqəsində əvəzlənib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi