Güləşçimiz ikiqat Avropa çempionu oldu

Güləşçimiz ikiqat Avropa çempionu oldu
GÜLƏŞ 13 Fevral 2020 / 00:01 4195
-  A +

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Qol.az xəbər verir ki, növbəti yarış günündə Murad Bazarov təsəlliverici görüşdə iştirak edib və bolqar güləşçiyə vaxtından əvvəl qalib gəlib. Estoniya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin olimpiya çempionu Avropa çempionatının bürünc medalını qazanıb.

Ülvü Qənizadə də üçüncü yarış günündə təsəlliverici görüşə çıxıb. Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına 4-cü bürünc medalı yazıb.

Rafiq Hüseynov isə final görüşünə çıxıb. Həlledici qarşılaşmada Bolqarıstan idmançısıyla üz-üzə gələn təcrübəli pəhləvanımız əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və ikinci dəfə Avropa çempionu olub. 

Qeyd edək ki, bununla da Azərbaycanın yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Komandamız yarışı 2 qızıl və 4 bürünc mükafatla başa vurub.

Avropa çempionatı

60 kq

Təsnifat. Murad Bazarov - Yakopo Sandron (İtaliya) - 2:1
1/4 final. Murad Bazarov - Gevorq Qaribyan (Ermənistan) - 0:8
Təsəlliverici görüş. Murad Bazarov - Avqustin Boyanov Spasov (Bolqarıstan) - 9:1
Bürünc medal görüşü. Murad Bazarov - Helari Maeqisalu (Estoniya) - 9:0

67 kq

Təsnifat. İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan) - 7:8

72 kq

1/8 final. Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan) - 6:1
1/4 final. Ülvü Qənizadə - Frank Ştebler (Almaniya) - 0:8
Təsəlliverici görüş. Ülvü Qənizadə - Anatoli Popov (Moldova) - 8:0
Bürünc medal görüşü. Ülvi Qənizadə - Adam Kurak (Rusiya) - 3:1

82 kq

1/8 final. Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland) - 8:0
1/4 final. Rafiq Hüseynov - Boqdan Kurinnoy (İsveç) - 3:2
1/2 final. Rafiq Hüseynov - Çiro Russo (İtaliya) - 7:1
FİNAL. Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (Bolqarıstan) - 2:1

97 kq

Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa) - 0:9.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi