“Proqnoz taym” bukmeyker qəzeti fəaliyyətə başladı

“Proqnoz taym” bukmeyker qəzeti fəaliyyətə başladı
XƏBƏR 26 Noyabr 2009 / 14:01 14648
-  A +

Bu yaxınlarda işıq üzü görən “Proqnoz taym” qəzeti sabah yenidən oxucularının görüşünə gələcək. Bu barədə Qol.Az-a qəzetin təsisçisi və baş redaktoru Təbriz Ağamirli məlumat verib. Onun sözlərinə görə, dördüncü sayı çıxmaq üzrə olan qəzet həftədə bir dəfə - cümə günü satışa çıxır. “Proqnoz taym” futbol oyunlarına pul qoyuluşu edən azarkeşlərin köməyinə çatmağa qarşısına məqsəd qoyub. Yeni nəşrdə bir çox maraqlı və operativ məlumatlar yer alır. Qəzetdə aparıcı milli çempionatlarda çıxış edən bütün klubların zədəli və cəzalı oyunçularının siyahısı, eyni zamanda heç yerdə rast gəlinməyən bir sıra maraqlı statistikalarla oxucular tanış ola bilər. Qarşısına fərqlənmək məqsədi qoyan qəzet oxucularına növbəti saylarında yeni sürprizlər də vəd edir.

 

Daha çox


Son xəbərlər