Almaniya ilə oyunda telejurnalist Sənan Şəfizadə də meydana çıxacaq

Almaniya ilə oyunda telejurnalist Sənan Şəfizadə də meydana çıxacaq
XƏBƏR 12 Avqust 2009 / 13:20 2962
-  A +

Dünya çempionatını seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunundan əvvəl teleaparıcı Sənan Şəfizadə azarkeşləri milliyə dəstək olmağa çağıracaq. Qol.Az-ın məlumatına görə, oyundan 1 saat əvvəl şou proqrama start veriləcək. Qarşılaşmanın startınadək arenada müxtəli musiqilər səslənəcək. Proqramın aparıcısı isə musiqi sədaları altında azarkeşlərlə birlikdə millimizə dəstək olacaq. Fanatlarla birlikda müxtəlif şüarlar səsləndiriləcək.
Qeyd edək ki, Azərbaycan - Uels və Azərbaycan - İspaniya matçlarında da Sənan Şəfizade azarkeşlərlə maraqlı şou təşkil etmişdi.


Son xəbərlər