Felipe Tabora: "İlk qoldan sonra komandamızda özünəinam artdı"

XƏBƏR 22 Sentyabr 2012 / 22:25 1730
-  A +

"Öncə Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Çətin oyun oldu. Ancaq ilk qoldan sonra komandamızda özünəinam artdı və futbolçularımız işlərini sona qədər layiqincə yerinə yetirdilər".

Bu sözləri bugün 17 yaşadək qızlar arasında Azərbaycanda keçirilən dünya çempionatının Azərbaycan-Kolumbiya matçından sonra təşkil olunan mətbuat konfransında Kolumbiya millisinin baş məşqçisi Felipe Taborda deyib.

Qonaq məşqçi komandasının uğurunun sirrini də açıqlayıb:

"8 fevral 2010-cu ildən bu komanda yığılıb, bir yerdədir və bu müddətdə böyük uğurlara imza atmışıq. Bu uğurların qazanılmasında Kolumbiya Futbol Federasiyasının prezidentinin də əməyini qeyd edərdim, o bizə çox böyük dəstək göstərir və özü də bu gün şəxsən bu oyunda iştirak edirdi".  

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə