"Simurq"un oyununda dava düşdü

"Simurq"un oyununda dava düşdü
XƏBƏR 6 İyul 2012 / 01:22 1931
-  A +

Bu gün "Simurq" klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, komandanın bu dəfəki rəqibi İranın Kərəc şəhərinin təmsilçisi "Paykan" klubu olub.
 
Lakin oyun ikinci hissədə yarımçıq dayandırılıb. Buna isə matçın 60-cı dəqiqəsində futbolçular arasında davanın düşməsi səbəb olub. Məhz bu səbəbdən də görüşün sonuna 30 dəqiqə qalmış oyun yarımçıq dayandırılıb.

Qeyd edək ki, "Simurq" Kartəpədəki hazırlıq dövründə artıq iki yoldaşlıq görüşü keçirdib. Bu qarşılaşmalarda Georgi Çixradzenin komandası "Kocaelispor"u 4:2 hesabı ilə məğlub edib, "Spartak" (Naliçik) klubu ilə oyunda isə Zaqatala təmsilçisi meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Daha çox


Son xəbərlər