İlqar oynamadı, komandası uduzdu

XƏBƏR 4 May 2009 / 12:50 2108
-  A +

Həmyerlimiz - İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin “Boluspor” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Boluspor” səfərdə “Karşıyaka”nın qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən matç “Karşıyaka”nın 3:2 hesablı qələbəsiylə başa çatıb. Son matçlarda olduğu kimi, İlqar bu dəfə də meydana çıxmayıb. Bu məğlubiyyətdən sonra əvvəlki kimi 53 xalda qalan “Boluspor” turnir cədvəlində beşinci pilləyə enib. İlqar Qurbanovun komandası sonuncu turun oyunları çərçivəsində öz meydanında “Güngörən BLD”-ni qəbul edəcək.    

Daha çox


Son xəbərlər