Hollandiya millisi baş məşqçisiz qaldı

Hollandiya millisi baş məşqçisiz qaldı
GÜNDƏM 28 İyun 2012 / 03:17 1911
-  A +

Hollandiya milli komandasının baş məşqçisi Bert van Marvyik istefaya göndərilib.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, buna isə Hollandiya millisinin "Avro-2012"də uğursuz çıxışı səbəb olub.

"Avro-2012"nin B qrupunda mübarizə aparan Hollandiya millisi bütün görüşlərdə məğlub olaraq turnirlə erkən vidalaşmışdı. Məhz bunu əsas gətirən rəhbərlik Marvyiklə yollarını ayırmağı qərara alıb.

Qeyd edək ki, Hollandiya yığması Marvyikin rəhbərliyi altında son dünya çempionatının finalın İspaniya millisinə məğlub olaraq (0:1) mundialı ikinci pillədə başa vurmuşdu.

Daha çox


Son xəbərlər