Pirlo: “Almanlar bizdən qorxurlar”

Pirlo: “Almanlar bizdən qorxurlar”
GÜNDƏM 27 İyun 2012 / 14:28 2090
-  A +

İtaliya millisinin liderlərindən olan Andrea Pirlo sabah “Avro-2012”nin yarımfinalın Almaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, ilk əvvəl 2006-cı ildə Almaniyadakı dünya çempionatında meydan sahiblərinə qalib gəldiklərini görüşü xatırladıb: “O zamanla indiki arasında yeganə fərq bundadır ki, həmin vaxt almanlar doğma meydanda oynayırdı və onları xeyli azarkeş dəstəkləyirdi. İndi isə vəziyyət bərabərdir. Bizim yaxşı komandamız var və İtaliyanın bütün mövqeləri güclüdür. Almaniya altı il əvvəlki oyun üslubunu dəyişməyib. Bu dəfə biz tamamilə ayrı bir yarımfinal görəcəyik. Əminəm ki, almanlar son oyunlarımızın statistikasına baxanda bizdən qorxurlar. Onlar 2006-cı ildəki uğursuzluğun təkrarlanmasını istəmirlər”.

Bununla yanaşı, Pirlo Almaniyanın əla bir komanda olduğunu da söyləyib. Onun sözlərinə görə, rəqibləri yaxşı əhval-ruhiyyədə oynayırlar.

“Son illər onlar altı yarımfinalda oynayıblar. Biz almanları yaxşı öyrənmişik və inanıram ki, bu komandaya qalib gələ bilərik. İngilislərlə matçda olduğu kimi öz oyunumuzu diktə etməyə çalışacağıq. Amma onu da bilirik ki, bu, fərqli bir qarşılaşma olacaq. Çünki almanlar açıq futbola üstünlük verəcəklər” – deyə Pirlo bildirib.

 

Daha çox


Son xəbərlər