Böyükağa Hacıyev: "Mərhələ adlamalıyıq"

Böyükağa Hacıyev: "Mərhələ adlamalıyıq"
XƏBƏR 26 İyun 2012 / 00:54 2592
-  A +

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev ötən gün ÇL-də keçirilən püşkatmanın nəticəsi barədə fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan B.Hacıyev püşkün nəticəsinin onlar üçün uğurlu olduğunu bildirib:

"Püşkün nəticəsini bizim üçün uğurlu saymaq olar. Bununla belə arxayınlaşmaq lazım deyil. Çempionlar liqası turnirində gücsüz rəqib olmur. "Zestafoni" Gürcüstan çempionudur. Onlar da bizim kimi qələbəyə köklənəcəklər. Bu oyunlara ən yaxşı səviyyədə hazırlaşıb növbəti mərhələyə adlamalıyıq".

Daha çox


Son xəbərlər