"Çelsi"nin Eden Hazard israrı davam edir

"Çelsi"nin Eden Hazard israrı davam edir
XƏBƏR 19 May 2012 / 17:15 1949
-  A +

Fransanın "Lill" klubunun hücumçusu Eden Hazarda təkliflər gəlməkdə davam edir.

Qol.Az-ın "L'Equipe"ə istinadən verdiyi məlumata görə, İngiltərənin "Çelsi" klubu 21 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.

London təmsilçisi Hazardın transferi üçün 40 milyon avro xərcləməyə hazırdı. Hücum xəttində ciddi sıxıntılar yaşayan "Çelsi" belçikalı futbolçu ilə 5 illik müqavilə imzalamaq niyyətindədir. Hazard "Çelsi"də oynayacağı 5 ildə 10 milyon avro qazanacaq.

Qeyd edək ki, Hazard bu mövsüm "Lill"in heyətində keçirdiyi 43 oyunda 17 qola imza atıb.

 

Daha çox


Son xəbərlər