"Milan" "Real"ın türk futbolçusunu istəyir

"Milan" "Real"ın türk futbolçusunu istəyir
GÜNDƏM 19 May 2012 / 15:06 3016
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Nuri Şahin İtaliyadan təklif alıb.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu ilə "Milan" klubu yaxından maraqlanır.

Milan təmsilçisi gənc futbolçunu icarəyə götürmək niyyətindədir. "Real"ın əsas heyətindən kənarda qalan Nurinin də komandadan ayrılacağı istisna olunmur. Lakin "Milan" klubunun bu transfer üçün "Real"a ödəyəcəyi məbləğ isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən mövsüm "Real"a transfer edilən Nuri keçirdiyi 4 oyunda cəmi 1 qola imza atıb.

Daha çox


Son xəbərlər