Nani "Mançester Yunayted"dən ayrılır

Nani "Mançester Yunayted"dən ayrılır
GÜNDƏM 17 May 2012 / 14:31 2783
-  A +

"Mançester Yunayted" klubunun futbolçusu Luiş Naninin komandadan ayrılacağı iddia olunur.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçunun "Atletiko" (Madrid) və ya "Yuventus"a keçəcəyi gözlənilir.

"Mançester Yunayted" rəhbərliyi gələn ay müqaviləsi başa çatacaq Nanini komandada saxlamaq istəsə də, futbolçu klubdan getmək istədiyini bildirib. Buna səbəb kimi isə 25 yaşlı futbolçunun "Mançester Yunayted"lə maliyyə məsələsində razılığa gələ bilməməsi göstərilir.

Qeyd edək ki, Nani bu mövsüm keçirdiyi 29 oyunda 8 qola imza atıb.

Daha çox


Son xəbərlər