Qol vura bilməyən komandanı ələ saldılar (FOTO)

Qol vura bilməyən komandanı ələ saldılar (FOTO)
GÜNDƏM 28 Mart 2012 / 19:31 3064
-  A +

Almaniyanın Şimal Regional Liqasında çıxış edən “Maqdeburq” klubunun azarkeşləri qeyri-adi etiraz üsulu ilə diqqət çəkiblər.

Sevimli komandalarının rəqib qapısına qol vurmaqda çətinlik çəkməsi azarkeşlərin bu cür etirazına səbəb olub.

Belə ki, 25 oyunda cəmi 16 top vuran və son 6 matçda cəmi 1 dəfə fərqlənən “Maqdeburq”un azarkeşləri əllərində tutduqları oxşəkilli karton kağızlarla futbolçulara qapının yerini göstəriblər.

Qeyd edək ki, 25 turdan sonra hesabında 20 xal olan “Maqdeburq” turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.

Xəbər: qafqazinfo.az

Daha çox


Son xəbərlər