Benitez: "Əgər "Çelsi"yə keçsəm..."

Benitez: "Əgər "Çelsi"yə keçsəm..."
XƏBƏR 6 Mart 2012 / 16:22 1950
-  A +

İspaniyanın məşhur məşqçilərindən olan Rafael Benitez "Çelsi"yə keçəcəyi təqdirdə "Liverpul" azarkeşlərinin onu anlayışla qarşılayacaqlarına inandığını bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Andre Villas Boaşın istefasından sonra "Çelsi"nin baş məşqçi postuna əsas namizədlərdən olan Benitez bu haqda belə danışıb:

"İki-üç klubdan və bir milli komandadan təklif almışam. 2010-cu ildən bu yana işsizəm və artıq səssizliyə son qoymaq istəyirəm. Lakin qəti qərarımı verməyə tələsmirəm. "Çelsi"yə keçidim də istisna deyil. Hər şey ola bilər. İnanıram ki, "Çelsi"nin sükanı arxasına keçsəm, "Liverpul"lu azarkeşlər məni anlayışla qarşılayacaqlar".  

Qeyd edək ki, Benitez daha öncə "Valensiya", "Liverpul" və "inter" kimi Avropanın aparıcı klublarında çalışıb.

 

 

Daha çox


Son xəbərlər