Maliyyə problemi içində olan “Turan”ın AFFA İntizam Komitəsi tərəfindən beş min manat məbləğində cərimə olunmasına klubun prezidenti Musa Süleymanov münasibət bildirib.
Qeyd edək ki, İntizam Komitəsi bu qərarı «Turan»ın əvəzedici heyətinin «Bakı»yla son oyunda iştirak etməməsi səbəbindən qəbul edib.
Qol.Az-ın müxbiri ilə söhbətində Musa Süleymanov İK-nin bu qərarında təəccüblü bir şey olmadığını vurğulayıb: “Onlar öz vəzifələrini icra edirlər. Əgər qanun pozuntusu varsa, cərimə də olmalıdır. Bu gün biz futbolçuların maaşını verə bilmiriksə, oyuna gedə bilmiriksə, deyiləcək başqa bir şey yoxdur. Yəqin, məndən cəriməni alıb futbolçulara olan borcu ödəyəcəklər.”
M.Süleymanovun sözlərinə görə bu gedişlə «Turan»ın fəaliyyəti sual altına düşəcək: «İndiyə kimi, komandanın fəaliyyəti üçün əlimdən gələni etmişəm. Daha buna maddi gücüm çatmır. Onsuz da stadionun saxlanılması, işçilərin əmək haqqını, kommunal xərcləri mən ödəyirəm. “Turan” Azərbaycan futbolunu simasıdır. Komandanı kim pis vəziyyətdən qurtarmağı bacaracaqsa, buyursun, gəlsin”.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır