«Neftçi» Gedeni istefaya göndərdi (YENİLƏNİB)

«Neftçi» Gedeni istefaya göndərdi  (YENİLƏNİB)
XƏBƏR 7 Mart 2009 / 12:00 2749
-  A +

"Neftçi"nin baş məşqçisi Hans-Yürgen Gede istefaya göndərilib. Qol.Az-ın məlumatına görə, komandanın uğursuz çıxışı rəhbərliyi qane etmədiyindən, onlar alman mütəxəssislə vidalaşmaq qərarına gəliblər. Onu kimin əvəzləyəcəyi hələ məlum deyil. "Simurq"la matça komandanı Böyükağa Ağayev çıxaracaq.
                                               ***
"Komandanın uğursuz çıxışı rəhbərliyi qane etmədiyindən, baş məşqçinin istefaya göndərilməsi qərara alındı". Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlı deyib. Səfiyarlı alman məşqçiyə kompensasiya ödənilməyəcəyini də bildirib: "Gedeyə kompensasiya ödənilməyəcək. İnanmıram ki, o özü də belə tələblə çıxış edə. Yeni baş məşqçiyə gəldikdə, bu məsələ hələ açıq qalır"
                                              ***
"Neftçi"ni mövümün sonuna kimi, ikinci məşqçi Böyükağa Ağayevin çalışdırması da mümkündür.



Daha çox


Son xəbərlər