Hiddink: «45-50 dərəcə altında necə futbol oynamaq olar?!»

XƏBƏR 3 Dekabr 2010 / 13:12 1783
-  A +

Türkiyə millisinin baş məşqçisi Quus Hiddink 2022-ci ildə keçiriləcək dünya çempionatının ev sahibliyinin Qətərə verilməsinə qarşı çıxıb. Qol.Az-ın xəbərinə görə, Hiddink FİFA-nın bu qərarını başa düşmədiyini söyləyib: «Mənə aydın deyil, yay vaxtı 45-50 dərəcə isti altında necə futbol oynamaq olar?! Bu, çətindir. Bəlkə də meydan sahibləri futbolçuların rahatlığı üçün kondisioneri olan stadionlar tikə biləcəklər. Bəs, azarkeşlərin taleyi necə olacaq?» - deyə Hiddink bildirib.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə