1958-ci il sentyabrın 28-i Moskvada Lenin adına stadionda (indiki Lujniki) 100 mindən artıq tamaşaçının izlədiyi qarşılaşmada tarix yazılırdı. Bu futbol üzrə Avropa çempionatının ilk matçı idi. Bu tarixin yaradıcılarından biri ...azərbaycanlı idi. Əlbəttə, indi buna inanmaq çətindi. Amma 63 il əvvəl qitə birincilikləri tarixində ilk oyunda - SSRİ-Macarıstan mücadiləsində meydan sahiblərinin start heyətində, özü də 10 nömrəli futbolka ilə Ələkbər Məmmədov var idi. AÇ tarixinin ilk matçında topa mərkəzdən ilk zərbəni də bəlkə də elə həmyerlimiz vurub. Amma çox təəssüf ki, xeyli çalışsam da hələlik bu faktı dəqiqləşdirə bilməmişəm.
1968-ci ildə İtaliyada keçirilən Avropa çempionatının final mərhələsində SSRİ yığmasının heyətində futbolumuzun iki yetirməsi - Anatoli Banişevski və Nikolay Smolnikov vardı.
İyunun 5 i Neapolda Avropa Çempionatının yarımfinalında ilk dəfə bir azərbaycanlı futbolçu AÇ-nin final mərhələlərində debüt etdi və bütün matçı "San Paolo" (indiki "Dieqo Armando Maradona") stadionunun meydanında oldu. Bu əfsanəvi bakılı hücumçu Anatoli Banişevski idi.
Gələcək çempionlar və meydan sahibləri italyanlarla görüş qolsuz bərabərliklə bitsə də, o zaman oyunsonrası penalti zərbələri olmadığından finalçı püşklə müəyyənləşirdi. Bu hal mötəbər turnirlərdə ilk və son dəfə idi. Püşk Banişevskinin və Smolnikovun komandasının üzünə gülmədi.
Bundan sonra Banişevski yığmadan uzaqlaşdırıldı və yalnız 1971-ci ildə yenidən SSRİ-nin əsas komandasının qapıları onun üzünə açıldı.
1972-ci ildə Belçikada keçiriləcək Avropa çempionatının seçmə oyunlarında Azərbaycan futbolunun iki yetirməsi - Anatoli Banişevski və Vitali Şevçenko SSRİ-nin əsas hücumçuları idi. Təəssüf ki, futbolumuzun ən istedadlı yetirmələrindən olan Şevçenko ağır zədə alaraq final mərhələsində eştirak edə bilmədi.
1/4 finalda Yuqoslaviyaya qol vuran və oyunun ən yaxşısı seçilən Banişevski isə Avropa çempionatının gümüş medalını qazandı.
Düz 49 il əvvəl Brüsseldəki "Eyzel" stadionunda keçirilən və 68500 azarkeşin izlədiyi final oyununda Banişevski start heyətində meydana çıxmışdı. Amma Frans Bekkenbauerli, Herd Müllerli və bir çox başqa ünlü isimlərdən qurulu Almaniya o zaman SSRİ-nin rahatlıqla məğlub etdi.
Bu ayın 12-si Bakı Olimpiya Stadionunda daha bir tarix yazıldı. Qitənin ən mötəbər futbol çempionatının final mərhələsinin oyunu paytaxtımızda keçirildi. Uels-İsveçrə qarşılaşması və ümumiyyətlə bu turnir əbədi olaraq Azərbaycan tarixinə yazılacaq. Cəmi bir neçə ay əvvəl işğal altındakı torpaqlarını düşmən canğından qəhrəmanlıqla azad edən kiçik bir ölkənin pandemiya dövründə belə bir şərəfə layiq görülməsi ölkəmizin beynəlxalq imicinə verilən qiymətdir.
Azərbaycanımızın beynəlxalq aləmdə bu etibarı qazanması çox qürurverici bir faktdır. Bu templə davam etsək futbol üzrə dünya çempionatının final mərhələsinin də Azərbaycana gələcəyi gün uzaqda deyil.
Hələliksə AVRO 2020-dən, xüsusən Bakıdakı 2 oyundan həzz almaq zamanıdı. Tairixi günlərə şahidlik edirik. İyunun 20-si Türkiyə-İsveçrə və iyulun 3-ü 1/4 final matçında Bakı Olimpiya Stadionunda bir boş yer də qalmasın. Bakıda bütün Avropaya nümunə olacaq bir bayram havası yaratmalıyıq bu iki oyunda.
Bu işdə bütün xalqımıza və doğma Azərbaycanımıza uğurlar!
Anar Şabanoğlu
"Liverpul"la razılaşdı
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi
Hakimi 15 ilədək həbs oluna bilər
"Neftçi"nin Kipr klubu ilə oyununda 4 qol
"Biz "Real"dan daha çox gücləndik"
"Aris"lə oyunda xarakter göstərdik" - Patrik Andrade
AFFA-da bu vəzifənin icrası ona tapşırıldı
"Bavariya"nın qapıçısının 6 yaşlı oğlu dünyasını dəyişdi
Qavi: "Ter Ştegen "Barselona"nın əfsanəsidir"
Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı
"Şkendiya" azərbaycanlı azarkeşlərə nə qədər yer ayırıb?
QOL.az sizə daha əlçatan oldu!
"Qarabağ" ÇL-də "pley-off"a yüksəlsə - Potensial rəqiblər...
"Çelsi" futbolçusunu icarəyə verdi
Şkrinyar birdəfəlik "Fənərbaxça"da - Rəsmi
Azərbaycanlı hakimə UEFA-dan daha bir təyinat
Klublarımızın Konfrans Liqasındakı oyunlarının vaxtı bilindi
"Sabah"ın "Levski" ilə oyunlarının hakimləri açıqlandı
"Kəpəz"də daha bir ayrılıq
Orxan Əliyev Qırğızıstanda növbəti qolunu vurdu
PFL-dən Premyer Liqa ilə bağlı qərar
"Turan Tovuz" Albaniya və Mərakeş klubları ilə qarşılaşacaq
“Araz Naxçıvan”ın heyrətamiz incəlikləri…
"Klub adına yaxşı bir tarix yazdıq" - Bəxtiyar Həsənalızadə
Zamiq oynadı, komandası mərhələ adladı
Elnur Məmmədli AFFA-dan getdi
"Hər mövqedə çatışmazlıqlar var" - Adil Şükürov
Türkiyə futbolunun ən bahalı transferi oldu
UEFA reytinqində xallarımız yenə artdı
"Beşiktaş" yenə "Şaxtyor"a uduzdu
"Zirə" avrokuboklarla belə vidalaşdı - Video
"Özümü qalib kimi hiss edirəm" - Rəşad Sadıqov