İngiltərə klubunun kapitanı bıçaqlandı

İngiltərə klubunun kapitanı bıçaqlandı
DÜNYA FUTBOLU 30 İyun 2020 / 21:00 2689
-  A +

İngiltərənin “Derbi Kaunti” klubunun futbolçusu Andre Uizdom bıçaqlanıb.
 

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Çempionşip təmsilçisinin kapitanı küçədə maşınından düşərkən bir nəfər tərəfindən bıçaqlı hücuma məruz qalıb. 
 
27 yaşlı futbolçunu bıçaqlayan şəxs daha sonra ona aid əşyaları da oğurlayıb. Uizdom dərhal xəstəxanaya aparılıb. Futbolçunun durumu yaxşıdır və bir həftəyə evə buraxılacaq.
 
Qeyd edək ki, peşəkar karyerasına “Liverpul”da başlayan Uizdom, “Vest Bromviç”, “Norviç Siti” və “Zalsburq” (Avstriya) klublarında da çıxış edib.

Son xəbərlər