Təmsilçimiz Çempionlar Liqasından kənarda qala bilər

Təmsilçimiz Çempionlar Liqasından kənarda qala bilər
ÖLKƏ FUTBOLU 11 May 2020 / 18:00 3846
-  A +

Çempionlar Liqası və Avropa Liqasının  formatı dəyişə bilər.

Qol.az “The Times”ə istinadən xəbər verir ki, hazırda turnirlər dayandırıldığı üçün gələn mövsüm sıx qrafik olacağını nəzərə alan UEFA seçmə mərhələ oyunlarını azaltmağı, yaxud da tamamilə ləğv etməyi planlaşdırır.

Çempionlar Liqasında təsnifat mərhələləri bir oyundan ibarət ola və neytral meydanda keçirilə bilər.

Digər versiyaya əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə əldə edə bilməyən, UEFA reytinqdə yüksək pillələrdə olan 12 ölkənin çempionları bir oyundan ibarət pley-offda qarşılaşa bilərlər. Bu variant təsdiqlənsə, Azərbaycan kimi  UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaq.

Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı