Azərbaycan Premyer Liqasına marağın sürətlə azaldığı hazırkı mövsümün gedişatında da özünü qabarıq şəkildə göstərməkdədir.
Çempionatın dünən yekunlaşan 18-ci turun matçlarında da acınacaqlı mənzərə yaranıb. Oyunların keçirildiyi 4 arenanın hər birində tribunaların bom-boş olması təəssüf və narahatlıq yaratmaya bilməz. Təsəvvür edin, rəsmi protokollara əsasən, 4 qarşılaşmanı ümumən cəmi 2550 tamaşaçı izləyib.
“Sabah” – “Səbail” – 1000 azarkeş
“Qarabağ” – “Sumqayıt” – 600 azarkeş
“Keşlə” – “Zirə” – 550 azarkeş
“Qəbələ” – “Neftçi” – 400 azarkeş
Müqayisə üçün qeyd edim ki, son turun bütün oyunlarına gələn azarkeş sayı “Tofiq Bəhramov” stadionunun heç 2 sektorunu belə doldurmur.
Əlbəttə, çempionatımıza marağın az olması faktı yeni deyil. Belə bir fikir var ki, bu, futbolumuzun zəif olması ilə əlaqədardır. Amma bu zaman bir məqam unudulur ki, bizdə futbol bütün dövrlərdə zəif olub. Məsələn, 1990-cı illərdə də Azərbaycan çempionatının, klubların səviyyəsi və büdcəsi indikindən xeyli aşağı, infrastuktur bərbad halda idi. Buna baxmayaraq, hətta paytaxt Bakıda belə tribunalar indikitək boş olmurdu. Rayonlarda insanların kütləvi halda futbola gəlməsindən isə geniş bəhs etməyə ehtiyac yoxdur. Sadəcə, 90-lardan başlayaraq ta 2010-cu illərin ortalarına qədərki mənzərəni xatırlayın: Gəncə, Tovuz, Lənkəran, Zaqatala, Yevlax, Mingəçevir və digər başqa bölgələrdə bir oyunda minlərlə azarkeş olurdu. Bu say Lənkəranda 10-15 minə, Gəncədə isə hətta 20-25 minə çatırdı. Yəni orta hesabla indiki Azərbaycan Premyer Liqasının ümumən 7-8 turuna gələn azarkeş sayı qədər.
"Xəzər Lənkəran"ın dağılması, "Turan"ın Premyer Liqaya buraxılmaması, "Kəpəz"in isə birinci diviziona göndərilməsindən sonra bu sahədə durum daha da pisləşməyə doğru getdi. 90-cı illərdən fərqli olaraq, yaxşı stadionlarımız, klubların milyonlarla büdcə olduğu halda, maraq əksinə, sürətlə azaldı. Bu çempionatın zəif olması ilə deyil, birbaşa bölgələrdə futbolun yoxluğu, Premyer Liqada komanda sayının azlığı əlaqədardır. Problem dəfələrlə qaldırılsa da, nə AFFA, nə PFL, nə də yerli icra qurumları məsələnin həlli istiqamətində ciddi səy göstəriblər. Vəziyyətin düzələcəyi haqda rəsmi şəxslər səviyyəsind açıqlama verilir. Amma bu, sözdən o tərəfə keçmir. Ona görə də hazırda Azərbaycan Premyer Liqasını ürək ağrısı ilə “Bakı çempionatı” adlandıranları başa düşmək çətin deyil.
Növbəti mövsümdən “Kəpəz” və “Turan”ın Premyer Liqaya buraxılacağı ilə bağlı fikirlər səslənir. Həqiqətən belə bir niyyət varsa, həmin komandalar 2020/21 mövsümündən gec olmayaraq çempionatda oynamalıdır. Gəncə və Tovuz futbolu Premyer Liqamıza az da olsa canlanma yarada, marağı artıra bilər. Amma söhbət bir tək azarkeşin trubinaya gəlməsində də deyil. Daha da önəmlisi həmin bölgələrdə uşaqlar arasında futbola maraq oyanacaq və onların bu idman növünə axını başlayacaq. İllər sonra yaxşı oyunçularımız yetişəcək.
Amma təbii ki, tək Gəncə və Tovuz deyil, yaxın gələcəkdə birinci divizionda yarışan Zaqatala da unudulmamalı, bu rayonun komandasının da Premyer Liqaya buraxılması haqda ciddi düşünülməlidir. Unutmayaq ki, Bakıda AFFA tərəfindən maliyyələşən bir komandaya ayrılan pulla indiki “Qəbələ” səviyyəsində üç ortabab bölgə komandası saxlamaq mümkündür və bu prosesə başlanması bizim futbola yalnız fayda gətirə bilər. Çünki Azərbaycan futbolunun dirçəlişi, uğur yolu paytaxtda yox, məhz bölgələrdədir.
Aydın BAĞIROV
Fransa - İsveç: Heyətlər
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır