“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İmişli”yə qarşı keçirilən oyunda (2:1) qazanılan qələbəni şərh edib.
QOl.az xəbər verir ki, o, çətin oyun gözlədiklərini söyləyib:
- Eyni rəqiblə ardıcıl iki dəfə oynamaq həmişə çətindir. Nə rəqib, nə də biz ən yaxşı oyunumuzu nümayiş etdirə bildik. Birinci hissədə topa nəzarət edə bilmirdik, ikinci hissədə isə müdafiədə pis çıxış etmədik. Rəqib aqressiv oynayırdı və biz bunu gözləyirdik. İkinci hissə açıq futbol şəraitində keçdi. Əks-hücumda təhlükəli idik, əsas vaxtda daha bir qol vura bilərdik. Necə vurmadıq, hələ də anlamıram. Rəqib penaltidən hesabı bərabərləşdirdi, amma bunun üzərində dayanmaq istəmirəm. Məni narahat edən çoxlu qol epizodlarını boşa verməyimizdir. Oyun penaltilərə qədər gedə bilərdi, buna görə də matçın sonunda gərginlik vardı. Bununla belə, komandaya haqqını verməliyəm. Futbolçuları təbrik edirəm.
- Qapınıza təyin edilən penaltinin təkrarına baxmısınız? Orada top Raxmonəliyevin qoluna, yoxsa başına dəydi?
- Bunun haqqında danışmaq belə istəmirəm, bu epizod məni əsəbiləşdirir. Hakimlər müxtəlif epizodlarda fərqli qərarlar verirlər. VAR-da nə gördükləri anlaşılmazdır, amma biz oyunu davam etdirmək üçün güc tapdıq.
- Yarımfinalda mümkün “Qarabağ” rəqibi fonunda, finala çıxmaq şansınızı necə qiymətləndirirsiniz?
- Hazırda gələcəyi düşünmürəm. Məni “Neftçi” ilə oyun, sonra “Turan-Tovuz” gözləyir. Həmçinin il bitənədək Premyer Liqada “Qarabağ” və “Sumqayıt”la da qarşılaşacağıq” (azerisport.com).
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"