Azərbaycan kubokunda son 1/4 finalçılar müəyyənləşir

Azərbaycan kubokunda son 1/4 finalçılar müəyyənləşir
ÖLKƏ FUTBOLU 4 Dekabr 2025 / 09:30 211
-  A +

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçiriləcək.

Əvvəlcə "Qəbələ" 1-ci liqanın hazırkı lideri "Şəfa"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 19:00-da isə "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" oyunları başlayacaq.

4 dekabr

Azərbaycan Kuboku

1/8 final

15:00. "Qəbələ" – "Şəfa"

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

Qəbələ şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Kamranbəy Rəhimov.

"Liv Bona Dea Arena"

19:00. "Difai" – "Sumqayıt"

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

2 dekabr

"Zirə" - "Neftçi" - 1:0 

"Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2

3 dekabr

"Qarabağ" – "Karvan-Yevlax" - 3:0

"Şamaxı" – "Bakı Sportinq" - 1:0 

"İmişli" – "Sabah" - 1:2 

1/4 finalda qarşılaşacaqlar:

“Turan Tovuz” / “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi

“Zirə"  / “Difai" - "Sumqayıt" cütünün qalibi

“Şamaxı" / “Qarabağ"

"Sabah" /“Qəbələ" - "Şəfa" cütünün qalibi

Daha çox


Son xəbərlər
03.12.25  14:12

Ronaldo, Benzema...

03.12.25  13:33

Son 68 ildə ilk dəfə