Bu həftə Azərbaycan Premyer Liqasında II dövrə start götürəcək.
Qol.az-ın məlumatına görə, “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçına çıxacaq. “Qırmızı-qaralar” VIII turda “Qarabağ”la görüşəcək. Komanda çempionatın liderini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Bu, iki komanda arasında 55-ci matç olacaq. İndiyədək 54 dəfə qarşılaşan rəqiblər Premyer Liqada 45, Azərbaycan kubokunda 9 duelə çıxıblar. İndiyə qədər keçirilən oyunlarda 12 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib. 25 dəfə isə Ağdam klubu qalib gəlib. 118 qolun vurulduğu matçlarda 47 dəfə rəqib qapısına yol tapan "Qəbələ" 71 top buraxıblar.
Premyer Liqa görüşlərində isə 10 dəfə üç xala sevinən “qırmızı-qaralar” 12 dəfə bərabərliklə kifayətlənib. 23 dəfə qələbə qazanan “Qarabağ” top fərqində də öndədir – 63:40.
27-ci dəfə ağdamlılarla evdə oynayacaq “Qəbələ” doğma divarlar arasında 8 dəfə qalib gəlib. 8 heç-heçə edən "qırmızı-qaralar" 10 dəfə uduzub. Bu görüşlərdə 56 qol qeydə alınıb. Qonaqlar 29, meydan sahibləri 27 dəfə fərqlənib.
Xatırladaq ki, oktyabrın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 17:00-da başlayacaq.
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb