"Barselona"dan Dembeleyə böyük məbləğdə cərimə

"Barselona"dan Dembeleyə böyük məbləğdə cərimə
DÜNYA FUTBOLU 22 Avqust 2019 / 17:30 5041
-  A +

"Barselona" hücumçusu Usman Dembeleni cərimələməyə hazırlaşır.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki,  buna səbəb fransalı futbolçunun  intizamsız davranışıdır.

O, La Liqanın ilk turunda "Atletik"lə görüşdən sonra Bilbao hava limanında divanda yatıb. Bundan başqa,  Dembele zədəsini klubun tibbi personalından gizlədib. Məhz bu səbəbdən o, daha uzun müddətə meydana çıxa bilməyəcək.

Bunları nəzərə alan klub rəhbərliyinin oyunçunu 980 min avro məbləğində cərimələyəcəyi gözlənilir.

Xatırlada ki, Dembele zədəsinə görə 4-5 həftə komandasına kömək edə bilməyəcək

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı