Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Qol.az xəbər verir ki, bu gün sərbəst güləş yarışlarına start verilib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulub.
Bu mərhələdə Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdəki rəqibi Vladimir Yeqorovu (Şimali Makedoniya) da məğlub edən (4:0) güləşçimiz yarımfinalda rusiyalı Zavur Uquyevlə üz-üzə gəlib və rəqibini 3:2 hesabı ilə üstələyərək finala çıxıb.
74 kq çəki dərəcəsində güləşən Hacımurad Hacıyev elə ilk mərhələdəcə türkiyəli Soner Dəmirtaşa uduzub - 3:4. Dəmirtaş finala qədər yoluna davam etdiyi üçün Hacımurad təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb. "Bürünc yolu"nda onun ilk rəqibi yunanıstanlı Kirillos Binenpaum olacaq.
Aleksandr Qostiyev (86 kq) 1/8 finalda moldovalı Deniv Balauru 7:1 hesabı ilə məğlub edərək, növbəti mərhələdə gürcüstanlı Sandro Aminaşviliyə rəqib olub. Gürcü güləşçiyə 6:2 hesabı ilə qalib gələn idmançımızın yarımfinaldakı rəqibi Dauren Kuruqliyevə (Rusiya) 0:6 uduzub. O, sabah bürünc medal uğrunda yarışacaq.
125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov da yarışa uğurlu start verib. Vitali Piasniakla (Belarus) görüşdə 6:0-lıq qələbə qazanan güləşçimiz 1/4 finalda Macarıstan idmançısı Daniel Ligetinlə qarşılaşıb. Həmin görüşdə də 6:5 hesabı ilə qalib gələn pəhləvanımız yarımfinalda gürcüstanlı Givi Maçaraşvili ilə qarşılaşacaq.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər