"Vorskla" yenə uduzdu

"Vorskla" yenə uduzdu
XƏBƏR 12 Noyabr 2018 / 00:24 1825
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Poltava təmsilçisi 15-ci turda Donetsk "Şaxtyor"unu qəbul edib. Matç  qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Vorskla" - "Şaxtyor" - 0:2
Qollar:
Nem, 19, Maykon, 41

Bu nəticədən sonra "Vorskla" 24 xalla 4-cü pillədə qalıb. "Şaxtyor" isə 40 xalla liderliyini möhkəmlədib.

Qeyd edək ki, "Vorskla" noyabrın 8-də evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzub. Oktyabrın 25-də Bakıda keçirilən görüşdə isə Poltava klubu eyni hesabla qalib gəlib.

Daha çox


Son xəbərlər