Qadın güləşçimizdən dünya çempionatında bürünc medal

Qadın güləşçimizdən dünya çempionatında bürünc medal
GÜLƏŞ 24 Oktyabr 2018 / 20:45 3904
-  A +

 Azərbaycanın qadın güləşçisi İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb.

Qol.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Forrest Ann Molinari ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba bürünc medal qazanıb.

Qeyd edək ki, 50 kq-da çıxış edən Mariya Stadnik mundialın finalına vəsiqə qazanıb.

Xatırladaq ki, bundan əvvəl güləşçimiz Cəbrayıl Həsənov dünya çempionatında gümüş medala sahib olub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi