"Azərbaycanı məğlub etmək istəyirik" - Norveç yığmasının baş məşqçisi

"Azərbaycanı məğlub etmək istəyirik" - Norveç yığmasının baş məşqçisi
XƏBƏR 16 Oktyabr 2018 / 13:03 1608
-  A +

Norveçin 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Leif Qunnar Smerud bu gün Avropa çempionatının seçmə mərhələsində millimizlə keçirəcəkləri ev oyunu haqda fikirlərini açıqlayıb.

Qol.az-ın məlumatına görə, federasiyanın rəsmi saytına damışan mütəxəssis komandamızı məğlub etmək istədiklərini bildirib:

"Bu oyunun bizim üçün böyük önəmi var. Bakıdakı matçda bizə problem yaşadan komandanı məğlub edib, seçmə mərhələyə yaxşı yekun vurmaq istəyirik. Bununla yanaşı, öz reytinqimizi artırmaq barədə də düşünürük".

Qeyd edək ki, Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu, hər iki komandanın seçmə mərhələdəki son matçıdır. Yığmamız buna qədər keçirdiyi 9 oyunda qələbə qazana bilməyib. Komandamız hazırda 2 xalla qrup sonuncusudur.

Daha çox


Son xəbərlər