"Mançester Siti"dən "Arsenal"a 2 cavabsız qol - video

"Mançester Siti"dən "Arsenal"a 2 cavabsız qol - video
XƏBƏR 12 Avqust 2018 / 22:40 2488
-  A +

İngiltərə Premyer Liqasında ilk tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda "Arsenal" və "Mançester Siti" klubları üz-üzə gəliblər. Londonda keçirilən görüş Pep Qvardiolanın komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmsilçisinin heyətində Rahim Sterlinq (14) və Bernardo Silva (64) fərqləniblər.

Qeyd edək ki, bu gün keçirilən digər 2 görüşdə "Liverpul" "Vest Hemi" darmadağın (4:0) edib, "Sauthempton" - "Börnli" matçında isə hesab açılmayıb.


Daha çox


Son xəbərlər