"Qonşulardan xahiş edə bilərsən, bizim də zibilimizi atsınlar?" - ingilis futbolçu

"Qonşulardan xahiş edə bilərsən, bizim də zibilimizi atsınlar?" - ingilis futbolçu
DÇ-2018 8 İyul 2018 / 20:42 6555
-  A +

İngiltərə millisinin yarımmüdafiəçisi Harri Maquayr “Twitter”də paylaşdığı maraqlı şəkillə diqqət mərkəzinə düşüb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, sevgilisi ilə fotosunu paylaşan futbolçu ona müraciətlə bu sözləri yazıb:

“Qonşulardan xahiş edə bilərsən, bazar ertəsi bizim də zibilimizi atsınlar. Çünki hələ evə getmirik”.

Maquayr bununla İsveç üzərində qələbəyə işarə edərək mundialda yola davam etdiklərini bildirib.

Qeyd edək ki, 1/4 final mərhələsində İngiltərənin İsveçi 2:0 hesabı ilə məğlub etdiyi matçda ilk qolu məhz Maquayr vurmuşdu. İngilislər yarımfinalda Xorvatiya ilə qarşılaşacaqlar. Oyun iyulun 11-də Moskvada keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi