“Kavani Fransaya qarşı oynamaq üçün hər şey edir”

“Kavani Fransaya qarşı oynamaq üçün hər şey edir”
DÇ-2018 6 İyul 2018 / 00:00 3649
-  A +

Edinson Kavani dünya çempionatının 1/4 finalında Fransaya qarşı keçiriləcək görüşdə meydana çıxmaq üçün əlindən gələni edir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda Uruqvay millisinin baş məşqçisi Oskar Tabares açıqlama verib:

“Zədələndikdək sonra o, çox məyus olmuşdu. Kavani bizim üçün vacib futbolçudur. Üstəlik, o, hazırda əla formadadır. Portuqaliyaya qarşı çox yaxşı oynadı. Vurduğu 2 mükəmməl qolla Uruqvayın mübarizəni davam etdirməsində böyük rol oynadı.

Qarşılaşmadan dərhal sonra Edinson zədəsinin bərpası üçün çalışır. O, Fransaya qarşı oynamaq üçün hər şey edir. Bunun reallaşıb-reallaşmayacağını dəqiq bilmirəm. Oyuna az qalmış hər şey məlum olacaq”.

Qeyd edək ki, dubl etdiyi Portuqaliya ilə oyunda (2:1) zədələnən Kavani 74-cü dəqiqədə meydanı tərk etmişdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi