“Çoxları uduzmağımızı istəyirdi” – Kross danışdı

“Çoxları uduzmağımızı istəyirdi” – Kross danışdı
DÇ-2018 24 İyun 2018 / 08:16 4185
-  A +

Almaniya millisinin yarımmüdafiəçisi, DÇ-2018-in İsveçlə matçında (2:1) qələbə qolunun müəllifi Toni Kross oyunu şərh edib.

Qol.az-ın xəbərinə görə, görüşdən sonra jurnalistlərə açıqlamasında o deyib ki, Almaniya uduzsaydı, bəlkə də çoxları buna görə sevinəcəkdi: “Amma biz heç kimə bu sevinci asanlıqla yaşatmayacağıq”.

Toni Kross buraxılan qolu görə özünü günahkar bilib: “Əlbəttə, bu qol mənim vicdanıma yazılmalıdır. Amma bir matçda 400 ötürmə edirsənsə, belə hallar baş verə bilər. İkinci hissəni bu səviyyədə keçirmək üçün isə insanda böyük iradə lazımdır.

İndi biz istirahət etməli, son turda Koreyaya qalib gəlib pley-offa çıxmalıyıq”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi