"Hansısa yolla Xorvatiyanı məğlub etməliyik" - Messi

"Hansısa yolla Xorvatiyanı məğlub etməliyik" - Messi
DÇ-2018 17 İyun 2018 / 16:36 4428
-  A +

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının qrup mərhələsinin ilk turunda İslandiya ilə heç-heçə (1:1) oynadıqları oyunu şərh edib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, matçdan sonra xeyli tənqid olunan ulduz futbolçu təmkinli olmalı və növbəti oyunda Xorvatiyanı məğlub etməli olduqlarını bildirib:

“İrəliyə doğru hərəkət etmək lazımdır. Sakit olmalı, bundan sonra nəyin necə olacağına diqqət etməli, müsbət məqamlar haqda fikirləşməli və hər hansı yolla Xorvatiyanı məğlub etməliyik”.

Qeyd edək ki, Argentina – Xorvatiya oyunu iyunun 21-də Nijni Novqorod şəhərində keçiriləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi