Gürcüstan U-20 millisinin qapıçılarla işləyən məşqçisi Georgi Lomaya Azərbaycan – Gürcüstan U-20 milliləri arasındakı yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın xəbərinə görə, Bakının "İnter" (indiki "Keşlə") klubunun keçmiş qolkiperi yenidən Azərbaycan gəldiyi üçün sevindiyini bildirib.
- Uzun zaman sonra yenidən Azərbaycandasınız...
- Azərbaycan mənim üçün ikinci vətənim kimidir. Burada 7 ilimi keçirmişəm. Burada dostlarımı görməkdən çox şadam. Yenidən bu ölkəyə gəlməyimə sevindim.
- Oyun haqda nə deyə bilərsiniz?
- Bərabər səviyyəli oyun oldu. Görünür ki, Rəşad Sadıqov çox yaxşı komanda yaradıb. İlk hissədə sizin komandanın çox şansı oldu, ikinci hissədə isə dəyişikliklərdən sonra üstünlük bizim tərəfimizə keçdi və qalib gəldik. Ümumi götürəndə matçın nəticəsinin bərabərlik olduğunu, bəxtimizin gətirdiyini deyə bilərəm.
- Oyundan əvvəl qalib gəlib hər kəsə "Gürcüstanda pul az olsa da, futbol Azərbaycandan daha yaxşıdır” fikrini sübut etmək ağlınızdan keçirdimi?
- Bütün hallarda, pul olsa da, olmasa da, meydana çıxırsansa, hədəf ancaq qələbə olmalıdır. Sadəcə, burada köhnə dostlarımla görüşmək xoş oldu. Qalib gəlməyimiz isə sevindirici haldır.
- "İnter”dən ayrıldıqdan sonra Azərbaycana ilk dəfə gəlirdiniz?
- Xeyr, daha əvvəl gəlmişdim.
- Azərbaycan çempionatında gürcü futbolçuların saylarının azalmasını nə ilə əlaqələndirərdiniz?
- Bilmirəm. Deməzdim ki, bu, pulun azalması ilə əlaqədardır. Hazırda Gürcüstan çempionatında xeyli gənc futbolçu çıxış edir.
- İndi sizin zamanınızdakı kimi xarizmatik futbolçular olmadığını düşünmürsünüz?
- İstedadlar həmişə olub. İndi də var. Bu, həm də çıxış etdiyin çempionatdan asılıdır. Güclü liqada oynadıqda inkişaf edə bilirsən.
- "İnter"lə bağlı baş verənlərdən xəbəriniz var?
- Əlbəttə, var. Bilirəm ki, adı dəyişdirilərək, "Keşlə" olub. Avrokuboklarda oynamaq üçün icazə verilib. Keçmiş komandama ölkə kubokunun finalında uğurlar arzulayıram. Bəlkə özüm də gəlib stadiondan izlədim. Onlara azarkeşlik edəcəyəm.
- "İnter”in uzun müddət sonra "Keşlə” adlanması sizə necə təsir edir?
- Doğrudur, mən komanda "İnter” adlanan vaxt oynamışam, amma ikisi də eynidir, mənə doğmadır. Eyni meydanda çıxış edirlər. Minnətdaram ki, mənə burada çıxış etmək üçün 7 il şans verdilər. İndiyədək də bu komandada çıxış edən futbolçularla dostam.
- "Keşlə”nin əsas qapıçısı Kamran Ağayev haqqında nə deyə bilərsiniz?
- Ona uğurlar arzulayıram. Başqa kluba keçən Səlahət Ağayevə də salamlarımı yollayıram. Onlarla görüşmək üçün elə də vaxtım olmadı. Lakin qapıçılarla işləyən məşqçi Cəmaləddin Əliyevlə görüşdüm. Fürsətdən istifadə edərək, sizin milli komandaya da UEFA Millətlər Liqasında və 2020-ci il Avropa çempionatının seçmə tsiklində uğurlar arzulayıram. Azərbaycan xalqına isə salamlarımı çatdırıram(Sportnet.az)
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
Hidayət Heydərov yarımfinalda - Avropa çempionatı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu