"Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu

"Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu
GÜNDƏM 23 Aprel 2018 / 13:10 4882
-  A +

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin futbol tarixinə düşüb.

Qol.az-ın xəbərinə görə, 32 yaşlı futbolçu ötən gün Ağdam klubu ilə çempion olmaqla karyerası ərzində 13-cü kubokunu qazanıb.

Bununla da o, polşalı futbolçular Ernst Pol və Kziztov Vajixin rekorduna şərik olub.

Qeyd edək ki, ötən il kapitanı olduğu “Legiya”dan “Qarabağ”a gələn Jezniçak Ağdam klubunda ilk titulunu qazanıb. O, digər 12 kuboku isə “Legiya”da başı üzərinə qaldırıb. Bunlardan 5-i Polşa çempionluğu, 6-ı ölkə kuboku, 1-i isə Superkubokdur.
 

Daha çox


Son xəbərlər
23.09.18  21:09

"Arsenal"dan qələbə

23.09.18  14:45

Klopp 600-ə çatdı

23.09.18  02:00

"Real"dan qələbə