“Mançester Siti”nin baş məşqçi Əliyar haqda: “Hakimin qərarı mənə qaranlıq qaldı”

“Mançester Siti”nin baş məşqçi Əliyar haqda:  “Hakimin qərarı mənə qaranlıq qaldı”
GÜNDƏM 21 Aprel 2018 / 13:50 4784
-  A +

“Lorenzonun meydandan qovulması məni təəccübləndirdi. Qırmızı vərəqə anlaşılmaz qərar idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Mançester Siti”nin U-19 komandasının baş məşqçisi Saymon Deyvis klubun saytına açıqlamasında deyib.

Dünən UEFA Gənclər Liqasının yarımfinal mərhələsində “Barselona”nın müvafiq yaş qrupuna 4:5 hesabı ilə uduzaraq, mübarizəni dayandıran “şəhərlilər”in çalışdırıcısı matçın baş hakimi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb. O, zərbaycanlı referinin 36-cı dəqiqədə “Mançester Siti”nin üzvü Lorenzo Qonzalesə ikinci sarı vərəqə göstərməsinin onun üçün qaranlıq qaldığını söyləyib:
“Epizodun təkrarına baxanda görürük ki, həmin vaxt rəqib topu Lorenzo almağa çalışır. Razıyam, qayda pozulur. Amma bu, kimisə meydandan qovmaq üçün elə də ciddi kobudluq deyildi. Hakimin qərarı mənim üçün qaranlıq qaldı”.

Qeyd edək ki, Ə. Ağayev bu oyunda “Bareselona”dan iki, “Mançester Siti”dən isə 3 futbolçuya sarı vərəqə göstərib. Matçın 36-cı dəqiqəsində isə FİFA referimiz “şəhərlilər”in futbolçusu Lorenzo Qonzalezə ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub.

Daha çox


Son xəbərlər