Azərbaycan - Makedoniya: başlama saatı bilindi

Azərbaycan - Makedoniya:  başlama saatı bilindi
ÖLKƏ FUTBOLU 20 Fevral 2018 / 17:45 5390
-  A +

Azərbaycan və Makedoniya milli komandaları arasında martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun vaxtı dəqiqləşib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Mardan” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız Makedoniya ilə oyundan əlavə, martın 23-də Belarus, mayın 29-da  Qırğızıstan, iyunun 9-da isə Latviya yığması ilə yoxlama görüşü keçirəcək. Belarus və Qırğızıstanla oyunlar Bakı Olimpiya Stadionunda, Latviya ilə qarşılaşma isə səfərdə olacaq.

Daha çox


Son xəbərlər