“Qarabağ”la heç-heçələr bizi Çempionlar Liqasından məhrum etdi” – Torres

“Qarabağ”la heç-heçələr bizi Çempionlar Liqasından məhrum etdi” – Torres
GÜNDƏM 14 Dekabr 2017 / 12:44 4206
-  A +

"Atletiko"nun futbolçusu Fernando Torres komandasının bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib.

Qol.az-ın "AS"a istinadən yaydığı xəbərə görə, ispan hücumçu "Qarabağ"la matçdakı nəticələrin ÇL-də mövqelərinə təsir etdiyini bildirib: "Şübhəsiz, biz mövsümə pis başladıq. Amma bu, uzun yoldur. Təqvim də Çempionlar Liqasında bizə təsir etdi. Komanda qeyri-stabil oynayırdı. "Qarabağ"la matçlarda etdiyimiz iki heç-heçə bizi Çempionlar Liqasında mübarizəni davam etdirməkdən məhrum etdi. Ancaq indi başqa şanslarımız var".

Qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə hər iki oyundan heç-heçə (0:0, 1:1) edib.

Daha çox


Son xəbərlər