Millimizin üzvü Hollandiyada növbəti qolunu vurdu

Millimizin üzvü Hollandiyada növbəti qolunu vurdu
XƏBƏR 4 Fevral 2017 / 01:35 5993
-  A +

Hollandiya birinci divizionunda 23-cü turun oyunları keçirilib.
 
Qol.az-ın xəbərinə görə, 19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü  Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "NAC Breda" ilə qarşılaşıb. Görüş “Den Boş”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan azərbaycanlı futbolçu matçın 76-cı dəqiqəsində komandasının qələbə qolunu vurub. Bu, onun Hollandiya klubunda 3-cü qoludur.
 
Qeyd edək ki, "Den Boş" 23 turdan sonra 32 xalla 20 komanda arasında 13-cü pillədədir.

Daha çox


Son xəbərlər