SOCAR “Qalatasaray”ın sponsoru ola bilər

SOCAR “Qalatasaray”ın sponsoru ola bilər
ÖLKƏ FUTBOLU 20 İyul 2014 / 15:26 7299
-  A +

"Türk Telekom" ilə yenidən razılığa gələ bilməyən Türkiyənin "Qalatasaray" klubu Azərbaycanın SOCAR şirkəti ilə anlaşıb. Qol.Az-ın məlumatına görə, bu iddia ilə qardaş ölkə mətbuatı çıxış edib.

Müqavilə məbləği olaraq 20 milyon avro ödəniləcəyi bildirilir. Forma sponsorluğu üçün SOCAR-dan əlavə "Samsung", "Fly Emirates", "Etihad" və "Gazprom" kimi böyük şirkətlərin də adı hallanır.

Qeyd edək ki, SOCAR-ın Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukraynada və Belçikada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. treydinq şirkətləri təsis olunub.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Sportnet.az-a açıqlamasında iş günü olmadığından, məsələdən xəbərsiz olduğunu bildirib.

 

Daha çox


Son xəbərlər
23.09.21  15:18

Kannavaro istefa verdi