"Real"dan Luis Suarezə 46 milyon avro

"Real"dan Luis Suarezə 46 milyon avro
XƏBƏR 10 İyul 2013 / 19:01 3338
-  A +

"Real" (Madrid) klubu "Liverpul"un hücumçusu Luis Suarezi transfer etməkdə olduqca israrlıdır. 

Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 46 milyon avro təklif edib.

Lakin uruqvaylı futbolçu ilə "Arsenal" və "Çelsi" klublarının da yaxından maraqlanması "kral klubu"nun işini çətin vəziyyətə salıb. Bununla belə, "Real"ın baş məşqçisi Karlo Ançelotti Suarezi transferi üçün əlindən gələni edəcəyini bildirib. İngiltərədə də Suarezin hansı qərarı verəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, Suarez ötən mövsüm keçirdiyi 44 oyunda 30 qola imza atıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı