Qol.Az - print Qol.Az

“Danışılmış oyunlar bizim üçün təhqirdir” – Ramin Musayev


 

“Danışılmış oyunlar bizim üçün təhqirdir” –<b style="color:red">  Ramin Musayev</b>

“Çox şükür, qərara gələ bildik. Divizionun taleyi bəzilərinə müəmmalı olsa da, qərar verə bildik”.
 
Qol.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci divizionun 2018-2019 mövsümünün püşkatma mərasimində deyib.

Yeni mövsümdən etibarən Premyer Liqa klublarnın əvəzedici komandalarının aşağı dəstədə mübarizə aparacağına münasibət bildirən R. Musayev bu amilin Azərbaycan futboluna xeyir verəcəyini söyləyib:
 
“Limitə dəyişiklik etdik, 1998-ci il təvəllüdlü futbolçulara üstünlük veriləcək. Reqlamentlə bağlı, limitlə bağlı çox danışılır. Əgər 25 yaşlı futbolçu özünə buna qədər yer tapa bilməyibsə, bundan sonra da tapa bilməyəcək. Düzdür, ola bilər ki, ilk mövsümdə çempionatın səviyyəsi ürəyimizcə olmasın. Amma ikinci ildə hər şey yoluna qoyulacaq. Yarış 2 dövrədən ibarət olacaq və 5 əvəzetməyə icazə veriləcək. Bunlar sırf yerli oyunçuların iştirakı naminədir. Bəzi gənc futbolçuların əsas komandaya cəlb olunmasını klublardan tələb edəcəyik. Çünki futbolçu dərk etməlidir ki, ona diqqət var”.

Danışılmış oyunlarla bağlı məsələyə də toxunan PFL prezidenti araşdırmaların davam etdiyini bildirib: “AFFA prezidenti Rövnəq Abdullayev demişdi ki, kimdənsə şübhələnsək belə, sübuta ehtiyac yoxdur. Od olmayan yerdən tüstü çıxmaz. Danışılmış oyunlar Azərbaycan üçün ləkədir, bizim üçün təhqirdir”.

 





10.08.2018    çap et  çap et